Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Superliqanın XV turunda “Fənərbağça” ilə (1:0) matçdan sonra ağrı hiss edən Çiro İmmobilenin MRT müayinəsində bud arxa əzələsində gərginlik və ödem olduğu bildirilib.
İtaliyalı hücumçunun müalicəsinə başlanılıb.