London Beynəlxalq Mübahisələrin Həlli Mərkəzi "Mançester Siti"dəki maliyyə pozuntuları ilə bağlı dinləmələri başa çatdırıb.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, dinləmələr sentyabrın 16-dan dekabrın 6-dək davam edib. Yaxın aylarda bununla bağlı qərar veriləcək.
Bildirilir ki, nəticədən asılı olmayaraq, tərəflər apellyasiya şikayəti verəcək, ona görə də yekun hökm 2025/26 mövsümünün sonundan tez məlum olmayacaq.
Keçən ilin fevralında Premyer Liqa bildirmişdi ki, “Siti” 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər daxil olan gəlirləri barədə qərəzli, məşqçi və oyunçulara verilən bonuslarla bağlı qeyri-kafi məlumat verməkdə ittiham olunur. Bütün bunlar gəlirlilik və davamlılıqla bağlı UEFA lisenziyalaşdırma qaydalarına, maliyyə "fair-play" və liqa qaydalarına uyğun olmayıb.