“Əvvəllər bir qadına aşiq idim, amma indi yox”.
Sportinfo.az xəbər verir ki, bunu “Real”ın hücumçusu Kilian Mbappe deyib.
O, verdiyi açıqlamalarla diqqət çəkib: “İndi heç kimə aşiq deyiləm. Ümid edirəm ki, yenidən kimisə sevə biləcəm”.
Mbappe PSJ-də oynayarkən komanda yoldaşı olan argentinalı superulduz Lionel Messi ilə bağlı suala da cavab verib:
“Messi hər şeydə ən yaxşı olan biridir. Belə bir adamdan çox şey öyrənmək mümkündür. Onun yanına gedib, “bunu necə edirsən” sualını vermək istəyərdim”.