AZ

Ödənişli yolla bağlı YENİ CƏRİMƏ

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Milli.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilərin ödənişli avtomagistrallara daxil olması və ya oradan çıxmasına görə yüz əlli manat məbləğində cərimə tətbiq olunur.

Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən, buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Milli.Az

Seçilən
17
50
milli.az

10Mənbələr