AZ

Bu şəxslər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Anar Kəlbiyev

Seçilən
2
unikal.az

1Mənbələr