AZ

Cənubi Koreya prezidenti həbs olunur - Ölkə başçısı və daha 7 vəzifəli şəxsin həbsi ilə bağlı tələbə deputatlar "hə" dedi

Cənubi Koreya parlamenti dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yoon Suk Yeolun dərhal həbsini ehtiva edən qətnamə qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, parlament onunla yanaşı, daha 7 nəfərin həbsnə dair də tələbi təsdiqləyib.

“Yonhap” xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi səsə qoyulub: "Səsvermə nəticəsində prezident, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla, 8 nəfərin dərhal həbs edilmə tələbi təsdiqlənib. Qətnamə 191 səslə qəbul edilib. 94 deputat isə buna "yox" deyib. 3 nəfər isə bitərəf qalıb".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
9
2
mia.az

3Mənbələr