"Time" jurnalı 2024-cü ilin adamı adına namizədlərin qısa siyahısını açıqlayıb.
"Unikal" jurnala istinadən xəbər verir ki, siyahıda ABŞ-nin vitse-prezidenti Kamala Harris, Uels şahzadəsi Keyt Middlton, iş adamı İlon Mask, Rusiyada məhrum müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel, Meksika prezidenti Klaudiya Şeynbaum, ABŞ prezidenti Donald Tram və son olaraq "Meta"nın baş direktoru Mark Zukerberqin adı yer alıb.
"Time" jurnalı İlon Maska həsr etdiyi annotasiyada iş adamını 2024-cü ildə “siyasət dünyasına qədəm qoyan” “dünyanın ən zəngin adamı” adlandırıb. Benyamin Netanyahu, jurnalın yazdığı kimi, “bu ilin ən güclü və mübahisəli dünya liderlərindən biridir”, Yuliya Navalnaya “Rusiya müxalifətinin birinci xanımı”, Donald Tramp isə “günahkar hesab edilən ilk seçilmiş prezidentdir”.
Gülayə Mecid