AZ

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş elmi konfrans keçirilib

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) keçirilib.

APA xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ilk dəfədir paytaxtdan kənarda belə bir konfrans keçirilir: “Sumqayıt Dövlət Universiteti bu məsuliyyətli işi öz üzərinə götürüb və nazirlik olaraq biz bu konfransı dəstəkləyirik”.

Nazir çıxışı zamanı, həmçinin gənc doktorantlara dəstəyin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir. Akademik dürüstlüyə sadiq qalsaq, elmi nailiyyətlərimiz də artmağa davam edəcək. Əks halda isə heç nəyə nail ola bilməyəcəyik”.

Emin Əmrullayev deyib ki, Elm və Təhsil Nazirliyi hər il doktorantların xaricdə təhsil almalarına şərait yaradır və bu ənənə davam edəcək. Nazir, həmçinin bildirib ki, elm sahəsində olduğu kimi ali təhsil sistemində də islahatlar davam etdiriləcək.

phrase_var_article.chosen
45
2
apa.az

3phrase_var_article.sources