AZ

"Berdiyev çox qışqıran məşqçidir"

Ekvador millisinin sabiq oyunçusu, hazırda ölkəsində "Emelek" klubunda çıxış edən Kristian Noboa "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev haqda maraqlı açıqlaması ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi vaxtilə "Rubin"də birlikdə çalışdığı Berdiyevin iş prinsipindən danışıb.

O, "Kolos"-a bu barədə belə deyib: "Berdiyev çox qışqıran adamdır. O, səni rahatlamağa imkan vermir. Bu mənim üçün normal deyildi. Burada - Cənubi Amerikada pis ötürmə etsəniz belə, məşqçi deyəcək: “Yaxşıdır, gələn dəfə yaxşı olacaq”.

Berdiyev isə elə hey deyirdi: “Pisdir, pis, çox pis!” Bu məqamı başa düşmədim. Amma mentaliteti anlamağa başlayandan sonra onun niyə belə olduğunu öyrənməyə başladım. Hamı mənə deyirdi: “O, səninlə çox sərtdir, çünki görür ki, sən daha yaxşısını edə bilərsən”. Bundan sonra onun nə istədiyini başa düşdüm. İstəyirdim mənə desin ki, yaxşı futbolçuyam və təslim olmamalıyam. Berdiyev isə mənə heç vaxt demədi ki, mən bu oyunun ən yaxşısıyam”. 

39 yaşlı Kristian Noboa hazırda zədədən əziyyət çəkir. O, karyerasını bitirmək haqqında düşünür.

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr