AZ

Azərbaycan 11 ay ərzində qiymətli metalların ixracından 190 milyon dollar gəlir əldə edib

Bakı, 10 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard dollar təşkil edib.

AZƏRTAC bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr ayı üçün ilkin rəqəmlərinə istinadən xəbər verir.

İcmala əsasən, yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3 faiz artaraq 923 milyon dollara bərabər olub.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6 faiz artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32 faiz artaraq 25,5 milyon dollar, qiymətli metallar 29 faiz artaraq 189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6 faiz artaraq 265,6 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 13,5 faiz artaraq 64,4 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1,5 faiz artaraq 182,7 milyon dollar təşkil edib.

Hesabat dövrü ərzində aqrar məhsullar 4,4 faiz artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsulları 58,3 faiz artaraq 287,3 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dollar təşkil edib.

Seçilən
17
8
azertag.az

10Mənbələr