Bakı. Trend:
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), “Azaflı”Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyinin və Türk DünyasıMədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankarada “Şah İsmayıl Xətai:ömür yolu və irs” mövzusunda tədbir keçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, tədbirdə iki qardaş ölkənin diplomatları,alimləri, ekspertləri və ictimaiyyət nümayəndələri iştirakedib.
Türk Dünyası Mədəniyyət Mərkəzinin və “Azaflı” Azərbaycan SosialDəstək və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı çıxışındaŞah İsmayıl Xətai şəxsiyyətinin uzun müddət Türkiyədə səhvən İranvə farslarla əlaqələndirildiyini qeyd edib. Onun sözlərinə görə,vahid Azərbaycan dövlətinin əsasları Səfəvilər dövlətinin banisininadı ilə bağlıdır. “Şah İsmayıl Azərbaycan dilinin statusunu dövlətdili səviyyəsinə qaldırdı, ana dilində Xətai təxəllüsü ilə lirik vəepik şeirlər yazdı”, - deyən Arzuman Azaflı tarixi həqiqətləritəhrif etməməyə çağırıb.
Ankara Universitetinin professoru Abdulla Gündoğdu Şah İsmayılXətaini bütün bölgənin tarixində dərin iz qoymuş şəxsiyyətadlandırıb.
Tədqiqatçı-yazar Dilqəm Əhməd Səfəvilər dövlətinin irsinəgörkəmli Azərbaycan ziyalılarının münasibətindən danışıb. Qeyd edibki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan MəhəmmədƏmin Rəsulzadə Səfəvilər dövlətinin özəyini türklərin təşkiletdiyini vurğulayıb. “Səfəvilər dövlətində rəsmi yazışmalarAzərbaycan dilində aparılırdı. Türk dili həm də hökmdarlar arasındaünsiyyət vasitəsi olub”, - deyə tədqiqatçı bildirib.
Tədbir Şah İsmayıl Xətainin sözlərinə yazılmış musiqilikompozisiyaların ifası ilə başa çatıb.