“Rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nürnberq”də çıxış edən millimizin üzvü Mahir Emreli Almaniya mətbuatına müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib:
“Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. “Fyurt”la oyundan əvvəl də (“Nürberq” 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq”.
Nürnberq” dekabrın 15-də 16-cı turda “Köln”lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda “Ayntraxt”ı (Braunşveyq) qəbul edəcək.