AZ

Əsədin həbsxanasından tanınmış şəxsin meyiti tapıldı - FOTO

Minlərlə suriyalının işgəncələr nəticəsində həyatını itirdiyi Bəşər Əsədə məxsus "Sednaya" həbsxanası ilə bağlı ortaya yeni faktlar çıxıb. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, siyasi məhbusların saxlandığı, işgəncə alətlərinin işlədildiyi həbsxanada kütləvi məzarlıq aşkarlanıb. 

Həbsxanada tapılan cəsədlərdən birinin Suriyanın məşhur fəalı Mazen Hamadiyə aid olduğu müəyyən edilib.

Həmadinin işgəncə nəticəsində öldüyü müəyyən edilib.

Qeyd edək ki, 1,5 il həbsdə olan və bu müddət ərzində dəfələrlə işgəncələrə məruz qalan məşhur fəal 2013-cü ilin sentyabrında azadlığa çıxıb və başına gələnləri danışmaq üçün Hollandiyaya gedib. Hamadi əfv olunacağına söz verildikdən sonra ölkəsinə qayıdıb.Ölkəsinə qayıdan kimi saxlanılan Mazen Hamadinin meyiti bu gün Sednaya həbsxanasında aparılan axtarış zamanı tapılıb. Həmadinin ağır işgəncələr nəticəsində öldüyü müəyyən edilib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
64
2
milli.az

2phrase_var_article.sources