AZ

İtaliyanın XİN başçısından Qubad İbadoğluna qarşı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasına köməklik etmək xahiş olunub

Avropa Parlamentinin Demokratlar Partiyasından, Yaşıllar və M5S parlament qrupundan olan on səkkiz deputatı azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunun azad edilməsi üçün tədbirlər görmək və onun 16-19 dekabr tarixlərində Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa səfərini təmin etmək xahişi ilə İtaliyanın xarici işlər naziri Antonio Tayaniyə müraciət edib.

Müraciətdə qeyd edilir ki, İbadoğlu Azərbaycanda "Demokratiya və Rifah naminə Hərəkat"ın sədridir, "İqtisadi Tədqiqatlar Mərkəzi"nə rəhbərlik edib,  dövlət maliyyə idarəçiliyi, yaxşı idarəetmə və büdcə şəffaflığı üzrə tədqiqatlar aparıb.

Bir müddət xaricdə olan doktor İbadoğlu 2023-cü ildə ailəsini ziyarət etmək üçün Azərbaycana qayıdıb və həbs olunub.

9 ay həbsdə qaldıqdan sonra, 22 aprel 2024-cü il tarixində İbadoğlu ev dustaqlığına keçirilib.

"İşgəncələr, qeyri-insani saxlama şəraiti və adekvat tibbi yardım göstərilməsindən imtina ilə əlaqədar İbadoğlunun səhhəti xeyli pisləşib.

Avropa Parlamenti dəfələrlə Azərbaycan hakimiyyətindən ona qarşı bütün ittihamları ləğv etməyi və məhdudiyyətsiz xaricə getməsinə, ailəsinə qovuşmasına, zəruri tibbi yardımı almasına və Avropa Parlamentinini prezidenti Metsolun dəvəti ilə 2024-cü ilin dekabrında Strasburqda keçiriləcək Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etməsinə icazə verməyi xahiş edib.

Onlar Tayanidən doktor Qubad İbadoğlunun qeyd-şərtsiz azad edilməsi, onun Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etməsinə icazə verilməsini xahiş etmək üçün İtaliya diplomatiyasının müdaxiləsi məqsədilə diplomatik vasitələrdən istifadə etməyi xahiş edirlər.

Seçilən
17
turan.az

1Mənbələr