AZ

Tskayev, Hacıyev və Fətiyev üçün "-1" pillə

Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokioda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra dünya reytinqini yeniləyib.

İdman.biz xəbər verir ki, azərbaycanlı idmançılardan bəzilərinin mövqeyində dəyişiklik olub.

Belə ki, Zelim Tskayev (81 kq) bir pillə geriləyərək səkkizinci yerdə qərarlaşıb. Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) da mövqelərində hərəyə bir pillə itiriblər. Birincisi 8-ci, ikinci isə 13-cü sıradadır.

Digərlərində dəyişiklik yoxdur. Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) sıralama cədvəlinə inamla başçılıq edirlər.
Balabəy Ağayev (60 kq) səkkizinci, Uşanqi Kokauri (+100 kq) isə onuncu yerdə qalıb.

Qadınlarda isə 24-cü yerdə olan Leyla Əliyeva (48 kq) ən yaxşı göstəriciyə malikdir.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr