AZ

“Bu məsələlər həllini tapmamış sülhdən söhbət gedə bilməz”- AÇIQLAMA

“Erməni ekspertlərin yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı səsləndirdikləri fikirlər Ermənistanın sülh tərəfdarı olduğu imicini yaratmağa çalışmasından irəli gəlir. Əslində sülh müqaviləsinin imzalanmasına mane ola biləcək çox mürəkkəb məsələlər qalmayıb”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, sülh müqaviləsini imzalamaq üçün Ermənistanın mütləq şəkildə icra etməli olan iki məsələ həll olunmamış qalır:

“Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkməsi və Azərbaycanla bir yerdə Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciətdən keçir. Ermənistan tərəfdən bu iki məsələnin həll olunması üçün hər hansı bir hərəkətlilik yoxdur. Nə qədər bu məsələlər həll olunmayacaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi də olmayacaq. Biz Ermənistan xalqı ilə sülh müqaviləsi bağlamaq istəyirik. Ona görə də Ermənistanda referendum keçirilməli və müvafiq dəyişikliklərin edilməsini ümumxalq səsverməyə çıxartmalıdırlar. Məhz ondan sonra sülhdən danışa bilərik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr