AZ

Türkiyədə 1 ayda 36 qadın kişilər tərəfindən qətlə yetirilib

Türkiyədə qadınların kişilər tərəfindən öldürülməsi davam edir.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Qadın Dərnəkləri Federasiyası biabırçı hesabatı açıqlayıb.
 
İş o yerə çatıb ki, təkcə noyabr ayında 36 qadın kişi vəhşiliyinin qurbanı olub.
 
2024-cü il yanvarın 1-dən bu yana qətlə yetirilən qadınların sayı 394 nəfər olub.
 
Bu qadınların 189-u evli, 131-i subay, 13-ü isə dini nikahda olub. 151 qatil ailədən, 97 qatil boşanma prosesində olan kişilər olub.
 
39 qatil qadınların münasibətdə olduğu kişilərdir. Bu qırğınlarda daha çox odlu silahdan istifadə olunub. Yaşadıqları ev qadınların məzarına çevrilib.
 
Oksana

Seçilən
41
19
azxeber.com

10Mənbələr