Bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turnirinin təqvimi təqdim olunub.
İdman.biz xəbər verir ki, yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında keçiriləcək.
Burada 2009-2018-ci illər təvəllüdlü qızlar çıxış edəcək. Yarışda əcnəbi idmançıların da iştirakı gözlənilir.
İştirakçıların çıxışı müxtəlif qış nağıllarının görüntüsü ilə müşayiət olunacaq.
İdman.biz