Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.
Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun - "Jirona" - "Liverpul"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Liverpul" - Əmsal 1,43
UEFA Çempionlar Liqasında həyəcan davam edir. 6-cı tur çərçivəsində İspaniya təmsilçisi “Jirona” doğma meydanda turnir cədvəlinin lideri “Liverpul” ilə münasibətlərə aydınlıq gətirəcək. Katalunlar qitə yarışında yalnız “Slovan” ilə matçda qələbə qazanıb. Mersaydlılar isə bu mövsüm xal itirməyiblər. Komanda cəmi 1 qol buraxıb. Bütün turnirlər daxil olmaqla 17 oyundur uduzmayan “Liverpul"un qələbə qazanacağını düşünürəm.
2. Ekspert - Fərid Ramazanov
Oyun - "Benfika" - "Boloniya"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Benfika" - Əmsal 1,54
İtaliya A Seriyasında ötən mövsümün sürpriz komandası "Bolonya" UEFA Çempionlar Liqasında Portuqaliya səfərində "Estadio da Luz" arenasında "Benfika"nın qonağı olacaq. "Benfika" mövsümə bir qədər uğursuz start versə də, "qartallar" son zamanlar ardıcıl qələbələr qazanırlar. Xüsusilə də ötən turda cari mövsümdə yaxşı çıxış edən "Monako" üzərində qazanılan 3-2 hesablı qələbə daha çox diqqət çəkmişdi. "Benfika" hazırda 9 xalla turnir cədvəlində 14-cüdür. "Bolonya" isə Seriya A-dan fərqli UEFA Çempionlar Liqasında hələ də qeyri-sabitdir. Komanda qələbəyə həsrətdir və ilk 5 tur ərzində cəmi 1 xal qazana bilib. Bu matçda düşünürəm ki, "Benfika" növbəti qələbəsini qazanar və turnir cədvəlində vəziyyətini bir qədər də yaxşılaşdırar.
3. Ekspert - Tural Dadaşov
Oyun - "Şaxtyor" - "Bayern"
Təxmin - Alt/Üst 3,5 - Üst - Əmsal 1,86
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunda "Şaxtyor" və "Bavariya" üz-üzə gəlir. Qarşılaşma Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək. Hazırda Münxen təmsilçisi 9 xalla 13-cü sırada qərarlaşıb. "Şaxtyor"un hesabında isə 4 xal var. "Bavariya" son 10 rəsmi oyunda 8 qələbə qazanıb, axırıncı oyununda evdə "Haydenhaym"ı 4-2 hesabı ilə üstələyib. Daxili arenada inamlı təsir bağışlayan "Şaxtyor" bütün yarışlarda son 10 görüşdə 6 qələbə qazanıb, son matçda "Vorskla"nı 3-1 hesabı ilə məğlub edib. Bu qarşılaşmadan məhsuldar hesab gözləntim yüksəkdir və 3.5 üst nəticəyə oynayıram.
Daha çox oyun haqda məlumat almaq üçün bura daxil ola bilərsiniz