AZ

“Həkimlər süni qidaları reseptə yaza bilməz” – Komitə sədri

“Xəstələr və xəstə yaxınları həkimə müraciət edəndə həkim bütün tövsiyələrini resept şəklində yazmır. Həkimlərin qida əlavələrini, süni qidaları reseptə yazması qadağandır. Çünki bundan süni istifadə halları olurdu. Aktiv olmayan qida əlavələrini də həkimlər reseptə yazırdılar”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.


O bildirib ki, əgər həkim süni qidanın uşağa lazım olduğunu bilirsə, bunu sadəcə tövsiyə edə bilər:

“Əgər həkim hesab edirsə ki, o uşağa süni qida və ya qida əlavəsi lazımdır, onu tövsiyə edə bilər.

Amma reseptə yaza bilməz. Onların reseptə yazılması düzgün deyil və doğru olaraq qanunla qadağan olunub. Elə vitaminlər var ki, onlara reseptlər verilir.

Elə vitaminlər qrupu var ki, onlar reseptsiz də verilə bilər”.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev çıxışı zamanı süni qidaya və qida əlavələrinə ehtiyacı olan uşaqlara onların necə təyin edilməsi məsələsinə toxunub.

Günay Şahmar, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr