AZ

Türkiyəli milli güləşçinin qızı 8-ci mərtəbədən yıxıldı

Türkiyə Survivor 2019 yarışmasının iştirakçısı milli güləşçi Okay Köksalın qızı bədbəxt hadisə nəticəsində 8-ci mərtəbədən yıxılıb. 

News24.az xəbər verir ki, 14 yaşlı Azranın reanimasiyada müalicəsinin davam etdiyi öyrənilib.

Qəzanı sosial media hesabından açıqlayan Hakan Hatipoğlu belə yazıb: "Survivorda qızı Azraya olan sevgisi ilə qatıldığı il hamımızın beynimizə həkk olunmuş qardaşımız Okayın qızı qəza nəticəsində 8-ci mərtəbədən yıxılıb və reanimasiyadadır. Bayaq danışdım. Köksal ailəsi üçün dua edirəm, inşallah bu hadisədən sağ salamat qurtularlar".

Günel Məlikzadə


Seçilən
22
news24.az

1Mənbələr