AZ

Elektrikli velosipedlər üçün sürücülük vəsiqəsi tələb olunacaq? - AÇIQLAMA

"Hazırda ölkəmizdə elektrikli velosipedlər üçün sürücülük vəsiqəsi və ya qeydiyyat nömrəsi tələb olunmur".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu günə qədər belə bir tələb Yol hərəkəti qaydalarında göstərilməyib:

"İndiyə kimi bunlara ehtiyac da olmayıb. Çünki Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanunu 1998-ci ildə qəbul olunub. Bu qanuna əsasən, velosipedlər və yaxud da digər bənzər hərəkət iştirakçıları anlayışı yox idi. O zaman velosipedçilər piyadalara bərabər tutulan şəxslər sayılırdı. Ona görə də velosipedlərin səkilərdən istifadə etməsinə icazə verilirdi. İndi isə velosipedlər üçün ayrıca zolaqlar salınıb". 

363958

Lakin ekspert qeyd edib ki, indiyə kimi texnologiya çox dəyişib:

"Artıq elektriklə çalışan velosipedlər də istifadə olunur. Düşünürəm ki, elektrikli velosipedlər, skuterlər və mopedlər üçün də gələcəkdə əlavə tələblər qoyula bilər".

Lakin Aslan Əsədov diqqətə çatdırıb ki, elektrikli velosipedlər ölkəmizdə geniş yayılmayıb:

"Hətta onlar haqqında məlumatlar belə azdır. Çünki onların əvəzediciləri kimi skuterlər və mopedlər qəbul edilirdi. Necə ki, iş həcmi 50 kub santimetrdən çox olan mopedlər haqqında sürücülük vəsiqəsi tələb olundu. Gələcəkdə elektrikli velosipedlər üçün də bənzər addım atıla bilər. İndiki vəziyyətdə isə bu, real görünmür".

Pərviz

Seçilən
26
2
hit.az

3Mənbələr