AZ

Cənubi Koreyada prezidentin həbsi ilə bağlı qanun qəbul edildi

Cənubi Koreyanın Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yoon Suk Yeolun dərhal həbsini tələb edən qətnamə qəbul edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə səsə qoyulub.

Səsvermə nəticəsində Yoon, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin dərhal həbs edilməsi tələbini ehtiva edən qətnamə layihəsi 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 deputatdan 3-ü bitərəf qalıb.

Qeyd edək ki, daha öncə prokurorluq dövlətə xəyanət şübhəsi ilə prezidentə cinayət işi açaraq ölkədən çıxışına qadağa qoymuşdu.
 
Cəmalə
Seçilən
15
azxeber.com

1Mənbələr