AZ

Azərbaycanın qeyri-neft-qaz ixracı artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qazixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq, 3,1milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr aylarıərzində yeyinti məhsulları 12,3% artaraq, 923 milyon ABŞ dollarınabərabər olub.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin "İxrac icmalı"nın dekabr sayı üzrə açıqladığı ilkinməlumatlarda bildirilib.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadıməhsulları 65,4% artaraq, 37,5 milyon ABŞ dolları, pambıq lifi52,6% artaraq, 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar vəpiylər 32% artaraq, 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29%artaraq, 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6%artaraq, 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərinixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq, 6milyon ABŞ dolları, qara metallar 1,9% artaraq, 48,2 milyon ABŞdolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq182,7 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Seçilən
10
10
az.trend.az

4Mənbələr