AZ

Azərbaycanlı MMA döyüşçüsü dünya çempionu oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın iki döyüşçüsü İndoneziyanın Bali şəhərində keçirilən MMA və qrapplinq üzrə dünya çempionatına uğurlu start verib.
Oxu.Az xəbər verir ki, 16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb. Əli uğurlu seriyanı davam etdirərək, bu rəqibini məğlub edib və qızıl medala yiyələnib.
Digər döyüşçümüz Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə yollanıb.
Seçilən
48
50
oxu.az

10Mənbələr