Suriya Müdafiə Nazirliyinin Dəməşqdəki tədqiqat mərkəzi tamamilə məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, Suriya Müdafiə Nazirliyinin Dəməşqdəki tədqiqat mərkəzi tamamilə dağıdılıb.
Dekabrın 9-da Livanın “Əl Mayadeen” telekanalının xəbərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin cənub-şərqindəki Seyid Zeynəb bölgəsində Suriya ordusunun tədqiqat mərkəzinə hava zərbələri endirib.
Xuraman Etibarlı
İnterpress.az