Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirildi.
”Yeni Gundem” xəbər verir ki, deputat Nigar Məmmədova Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edib.
Deputat çıxışında bildirib ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin, onların sosial müdafiəsinin təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. “Diplomatik xidmət haqqında” qanun da öz növbəsində diplomatlarımızın daha səmərəli fəaliyyəti, onların təhlükəsizliyinin təmin olunması üçün hüquqi baza yaradır. Diplomatlarımızın təminatı, onların səmərəli fəaliyyəti həm də ölkənin xarici siyasətinin yüksək səviyyədə təşkilinə əlavə töhfədir.
Azərbaycan diplomatları peşəkar, vətənpərvər, müsbət təşəbbüslərə, dialoqa, əməkdaşlığa, yeniliyə açıq olmaları ilə fərqlənirlər. Azərbaycan reallıqlarının dünyaya çatdırılmasını əsas vəzifə kimi icra edən diplomatlarımız mövcud çağırışlar qarşısında çeviklik göstərir, adekvat təşəbbüslər irəli sürür, dövlətin uğurlu təmsilçiliyi üçün əlindən gələni əsirgəmirlər.
Dəyişikliklər diplomatlarımızın peşəkar fəaliyyətinə stimul verəcək.