AZ

“Bayraktar TB2” 1 milyon uçuş saatını geridə qoyub

Türkiyənin “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) 1 milyon uçuş saatını geridə qoyub.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, bununla da “Bayraktar TB2” Türkiyənin aviasiya tarixində 1 milyon uçuş saatını geridə qoyan ilk hava platforması olub.

Bildirilib ki, sözügedən müddət ərzində “Bayraktar TB2” PUA 150 milyon kilometr məsafə qət edib.

“Bayraktar TB2” 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alır. Hazırda bu pilotsuz uçuş aparatı 35 ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə edilməkdədir.

Seçilən
20
poliqon.az

1Mənbələr