AZ

"Çin Tayvana hücum edərsə, üçüncü dünya müharibəsi başlaya bilər"

"Çin

Suriyada B.Əsəd hakimiyyətinin süqutu Rusiyanın Yaxın Şərqdə geosiyasi mövqeyinə zərbə oldu. Bu, Rusiyanın Ukrayna siyasətinə təsirsiz ötüşməyəcək. Qərb Yaxin Şərqdə Rusiyanın Suriyadan çıxartdı. Növbəti mərhələdə Ukraynadan Rusiyanın çıxarılmasıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, əgər, ABŞ Ukraynada Rusiyanın qalib gəlməsinə göz yumarsa, növbəti mərhələdə Üçüncü dünya müharibəsi fazsasına daxil olacaq: "Çünki, Çinin Tayvana hücumu üçüncü dünya müharibəsinin başlanması deməkdir. Çin Rusiyanın Ukraynada qalib gəlməsində maraqlıdır. Bu halda Qərbin cəsarətsizliyindən istifadə edərək "Hind-Sakit okean" periferyasında ABŞ qarşı hərəkətə keçə bilər. Əgər, Çin Tayvana hücum edərsə, ABŞ seyrçi qalmayacaq və Çinlə hərbi qarşıdurmaya gedəcək. Bu da üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Məhz Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Rusiyanı Ukraynadan çıxarmaqla, bu halda Çinin aqressiv hərəkətliliyinin önləmək olar.

Hazırda baş verənlər üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilmək təhlükəsinə malikdir. Çin Tayvani və Rusiya Ukraynani işğal edərsə, ABŞ və Qərb bloku tənəzzülə uğrayar. Dünyada Rusiya və Çinin başçılıq etdiyi yeni bir qütb meydana çıxar".

Cavid

phrase_var_article.chosen
68
40
xalqcebhesi.az

10phrase_var_article.sources