44 il əvvəl sui-qəsd nəticəsində həyatını itirən britaniyalı musiqiçi, “Beatles” qrupunun ulduzu Con Lennonun dişini hərracda alan həkim onun qeyri-qanuni övladlarını axtarır.
“Cebheinfo.az” xəbər verir ki, kanadalı həkim Maykl Zuk 2011-ci ildə Lennonun hərraca çıxarılan dişini 20 min funta alıb. O, dişi testdə DNT əldə etmək üçün parçalayıb. Həkim DNT verilənlər bazası vasitəsilə Lennonun uşaqlarını axtardığını açıqlayıb.
Qeyd edək ki, Lennonun iki həyat yoldaşının hər birindən bir oğlu olub. Lennonun ilk oğlu Culian 1963-cü ildə, ikinci oğlu Şonu isə 1975-ci ildə ulduzun doğum günündə dünyaya gəlib. Diş sayəsində onun yeni uşaqları tapılarsa, Lennonun 490 milyon funt-sterlinq sərvətinin yenidən bölüşdürülməsi lazım gələcək.