AZ

Tbilisidə mitinqlər xarici kəşfiyyat xidmətləri ilə razılaşdırılaraq keçirilir - DTX

Tbilisidə hökumət əleyhinə mitinqlər yerli fəallar tərəfindən xarici kəşfiyyat xidmətləri ilə razılaşdırılaraq keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir.

“Yerli fəallar xarici dövlətlərin xüsusi xidmət orqanları ilə razılaşdırılaraq bu prosesləri təmin etməklə məşğuldurlar. Bu plan, müxtəlif ritual səhnələri və mərhələ-mərhələ dağıntılar daxil olmaqla, dinc əhalinin öldürülməsi ilə yekunlaşan, ümumilikdə hadisələrin genişlənməsinə töhfə verməli olan rəngli inqilabların sübut edilmiş ssenarisi üzrə hazırlanır”, - deyə məlumatda qeyd olunub. 

Seçilən
14
ucnoqta.az

1Mənbələr