AZ

ABŞ-ın Ukraynaya diqqəti qlobal sistemi sarsıda bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, Vaşinqtonun Ukrayna ilə məşğul olması ABŞ tərəfindən qurulan maliyyə, hərbi və siyasi sistemi aşındırır.

"Amerikanın Ukraynaya fiksasiyası Vaşinqtonun yaratdığı bütün qlobal maliyyə, hərbi və siyasi sistemə dağıdıcı təsir göstərməyə başlayır. Birləşmiş Ştatlar Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər bütün cəbhələrdə sürətini itirir", - o vurğulayıb.

Narışkinin sözlərinə görə, ABŞ digər postsovet ölkələrində də nüfuzunu itirib, Gürcüstanda parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsi və Moldova prezidenti Maya Sandu rejiminin ölkə seçkilərində çətinliklə qalib gəlməsi Moldova xalqının mövqeyini faktiki olaraq ortaya qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr