AZ

“Suriyanın yenindən qurulmasına hər cür dəstəyi verəcəyik” - Ərdoğan

“Biz 60 ildən çox davam edən diktaturadan və 13 illik vətəndaş müharibəsindən sonra qonşumuz Suriyada sülh, sabitlik və əmin-amanlıq üçün çiçəklənən ümidləri alqışlayırıq”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ”10 dekabr Dünya İnsan Haqları Günü” münasibəti ilə paylaşımında deyib.

Suriyada əhatəli bir idarənin qurulmasına və suriyalı qardaşlarımızın ölkələrini yenidən qurmaq səylərinə lazım olan bütün dəstəyi verəcəyik.

Qeyd edək ki, dekabrın 8-də Suriyanın keçmiş prezidenti ailəsi ilə birlikdə Moskvaya qaçıb və hazırda ölkədə yeni hakimiyyət formalaşır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr