1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Amerikalı sahibkar və innovator İlon Mask nüfuzlu "Time" jurnalı tərəfindən "İlin adamı" adlandırılmaq istəmədiyini bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, milyarder bu mövqeyini "X" sosial şəbəkəsində istifadəçinin sualına cavab olaraq səsləndirib.
"Mən bunu heç istəmirəm", - deyə Mask bəyan edib.
Bir neçə saat sonra digər istifadəçinin analoji paylaşımına milyarder belə cavab verib:
"Mən heç bir jurnalın üz qabığında olmaq istəmirəm".
Qeyd edək ki, amerikalı milyarder artıq 2021-ci ildə bu fəxri ada layiq görülüb.
Bu il İlon Mask yenidən "İlin adamı" adına namizədlərin qısa siyahısına ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harris və Uels şahzadəsi Keyt Middlton kimi məşhur şəxsiyyətlərlə birgə daxil edilib. Lakin 2021-ci ildən fərqli olaraq, sahibkar bu titulu almaqda maraqlı olmadığını bildirib.
Qeyd edək ki, "Time" jurnalı 1927-ci ildən başlayaraq hər il "İlin adamı"nı seçir. Nəşr namizədləri, müsbət və ya mənfi olmasından asılı olmayaraq, cəmiyyətə təsir dərəcəsinə görə qiymətləndirir. Qalibin fotoşəkli ənənəvi olaraq jurnalın yekun buraxılışının üz qabığını bəzəyir.