AZ

"Google" şirkəti "Willow" adlı kvant çipi təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” şirkəti “Willow” adlı kvant çipini təqdim edib.

Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” dünyanın ən sürətli superkompüterlərinə 10 septilyon il (10-dan 25 il gücünə) lazım olan problemi 5 dəqiqəyə həll edə biləcəyini iddia etdiyi yeni çipini təqdim edib.

“Google” iddia edir ki, "Willow" adlandırdığı yeni kvant çipi əhəmiyyətli "sıçrayışlar" ehtiva edir və "faydalı, genişmiqyaslı kvant kompüterinə yol açır".

Qeyd edək ki, “Google”un sözügedən çipi hissəciklər fizikası prinsiplərindən istifadə edərək çox güclü yeni kompüter növü yaratmağa çalışan kvant hesablama sahəsində ən son irəliləyişdir.

Belə ki, “Willow” hazırda dünyanın ən sürətli superkompüterlərinin 10 septilyon il ərzində tamamlanması lazım olan problemi 5 dəqiqəyə həll edir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
34
banco.az

1Mənbələr