AZ

Zelenski ABŞ-nin təklifini süngü ilə qarşıladı – ““Məqsəd silahları anbarlarda saxlamaq deyil...”

“Ukrayna öz gənc əsgərləri ilə silahlı qüvvələrin avadanlıq və təlim çatışmazlığını kompensasiya etməməlidir. Mövcud briqadaların texnika ilə təmin edilməsinə və ondan istifadə üçün kadrların hazırlanmasına diqqət yetirmək lazımdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət Departamentinin açıqlamasına cavab olaraq bildirib.

Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukrayna hakimiyyətinin səfərbərlik yaşını 18 yaşa endirəcəyi təqdirdə ABŞ-nin yeni çağırışçıları silahlandıracağı və onlara təlim keçəcəyini deyib.

Zelenskinin sözlərinə görə, prioritet Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınması deyil, raketlərin tədarükü və Rusiyanın hərbi potensialının zəiflədilməsi olmalıdır. Prezident X sosial şəbəkəsində yazıb: “Məqsəd silahları anbarlarda saxlamaq deyil, mümkün qədər çox insanın həyatını xilas etmək olmalıdır”.

Ukrayna Prezidenti hesab edir ki, ən vacibi bu müharibəni necə bitirmək üzərində birgə işləməkdir və onun fikrincə, ABŞ fövqəladə nəticələr əldə etməyə qadirdir. Zelenski xatırladıb ki, Parisdəki görüşdə məhz bu müzakirə edilib.

“Mən Prezident Trampa dedim ki, Putin yalnız ondan və bəlkə də Çindən qorxur və yalnız bu qətiyyət müharibəyə ədalətli son qoya bilər və biz lazımi beynəlxalq asayişi bərpa etmək üçün indi hərəkətə keçməliyik”, - o vurğulayıb.

ABŞ uzun müddətdir ki, Ukraynanı səfərbərlik yaşını 25-dən 18-ə endirməyə çağırır. Hərbi xidmətə yararlı hesab edilən 18-25 yaşlı ukraynalılar səfərbər edilmir, hərbi xidmətə çağırılırlar.

Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin üzvü Fyodor Venislavski bildirib ki, parlament səfərbərlik yaşının aşağı salınması və qadınların məcburi səfərbərliyi ilə bağlı heç bir qanunvericilik təşəbbüsünü nəzərdən keçirmir.

“AzPolitika.info”

Seçilən
46
azpolitika.info

1Mənbələr