"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani "Çelsi"nin ukraynalı vingeri Mixail Mudriki transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq Almaniya nəhənginin çalışdırıcısı oyundan öncə keçirilən mətbuat konfransında ona ünvanlanan sualı belə cavablandırıb:
"Düzünü desəm, hazırda bu mövzuya köklənməmişəm. Mən həm Mudriki, həm də başqa ukraynalı futbolçuları da tanıyıram. Bu məsələləri yanvarda - 3-4 həftədən sonra müzakirə edəcəyik. Eləcə də yayda... İndi bu haqda konkret nəsə deyə bilmərəm".
Nihat