AZ

Nikol Paşinyanın partiyasında skandallar bitmir

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasında qalmaqallar bitmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, İrəvan merinin müavini Armen Pambuxçyanın komandasında ciddi problemlər var və onun “məsələsi” Andranik Köçəryanın da iştirak etdiyi iclasların birində qaldırılıb.

Qəzetin yazdığına əsasən, Andranik Köçəryan digər komanda yoldaşları ilə yanaşı, Armen Pambuxçyanın bir sıra korrupsiya sövdələşmələrində iştirakını sübut etmək üçün ona qarşı kompromatlardan ibarət bütöv bir “portfel” təqdim edib.

Nikol Paşinyan həmin gün qapalı keçirilən kollegiya iclasında Andranik Köçəryanın Armen Pambuxçyanla bağlı açıqlamalarının reallıqdan uzaq olmadığını açıqlayıb.

Xüsusilə, Pambuxçyanın keçmiş iqtidar nümyəndələri ilə sıx əlaqələri, həmçinin bəzi korrupsiya faktları üzə çıxıb.

Armen Pambuxçyanın parlamentin keçmiş deputatı Akop Akopyanın (ledi Akopyan) oğlundan avtomobil hədiyyə aldığı, həmçinin keçmiş deputat Mger Sedrakyanın (Toxmahi Mher) oğlu ilə yaxın münasibətləri olduğu aşkarlanıb.

Pambuxçyanın 71 yaşlı atasının Armavir vilayətində şaftalı bağları salmaq üçün 40 hektar torpaq alması barədə mətbuatda yayılan xəbərlər də təsdiqlənib. Bu məqsədlə Armen Pambuxçyan dövlətdən 1,5 milyard dram, dövlətdən isə 102 milyon dram (təxminən 270 min ABŞ dolları) məbləğində subsidiya alıb.

Məlumatlara əsasən, Paşinyan İrəvan meri Tiqran Avinyanı da “izləyir”.

“Ola bilsin ki, Pambuxçyanın ardınca o, meri öz üzərinə götürəcək və onu da “cəzalandırmağa” çalışacaq”, - deyə “Joxovurd” qeyd edir.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr