AZ

Azad olunmuş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzində saxlanılır

Xankəndi, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonu ərazisinə Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, indiyədək Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına, eləcə də Köndələnçay, Suqovuşan və Xaçınçay su anbarlarına, ümumilkdə, 1,15 milyondan çox qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb.

 

Seçilən
15
azertag.az

1Mənbələr