AZ

Mask “İlin adamı” olmaq istəmir


Amerikalı sahibkar İlon Mask 2024-cü ildə “Time” jurnalı tərəfindən “İlin adamı” olmaq istəmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə səhifəsində bu ada layiq olub-olmadığını soruşan bir istifadəçiyə cavab verərkən deyib.
“Mən bunu həqiqətən istəmirəm”, - deyə iş adamı suala cavabında deyib.
Belə ki, “Time” jurnalı 2024-cü ildə “İlin adamı” adına potensial namizədlərin siyahısını dərc edib.
Namizədlər siyahısına İlon Maskla yanaşı, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, onun müttəfiqi, “Meta”nın təsisçisi Mark Zukerberq, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris, Uels şahzadəsi Ketrin Middlton, İsrailin Baş naziri Benyamin Netanyahu, Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel daxil olub.
Seçilən
22
10
yeniavaz.com

10Mənbələr