Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dekabrın 12-də qeyd olunan Beynəlxalq Bitərəflik Günü şərəfinə 276 məhkumu əfv edib.
Axar.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Berdiməhəmmədov qeyd edib ki, ənənəyə uyğun olaraq, əfvlər cinayət törətməkdə təqsirli bilinən, lakin törətdiyi əməllərdən səmimi qəlbdən peşman olan vətəndaşlar üçün həyata keçirilir.
Qeyd edək ki, Türkmənistanda dövlət bayramları və əlamətdar tarixlər şərəfinə ildə bir neçə dəfə əfv sərəncamı verilir. Sonuncu belə aksiya sentyabrda ölkənin Müstəqillik Günü ilə bağlı olub və prezident 736 nəfəri əfv edib.