İndi danışılan mövzu əsasən təhsilin keyfiyyət mövzusudur. Bunun da zamanla həll yolunun tapılacağını düşünürəm. Hər hansı işə başladıqdan sonra keyfiyyət məsələsini də həll etmək olur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ali təhsil üzrə ekspert Dr. Vüsal Kərimli deyib.
“Onlayn təhsil sistemi regionlardan şəhərə gələn insanların mərkəzdə sıxlaşması məsələsini də həll edəcək.
Magistr pilləsində oxuyan insanların çoxu təhsili onlayn formada almaq istəyir. Onlar davamlı şəkildə Bakıda yaşamaq istəmirlər. Bir çoxları işləyir. Onlayn təhsil sisteminə keçid bu səbəblərə görə artıq qaçınılmazdır”.
O bildirib ki, COVİD-19 la bağlı pandemiya dönəmində və COP29 tədbiri zamanı onlayn təhsillə bağlı təcrübəmiz yaranıb. Bir çox universitetlərimizin yüksək səviyyədə infrastrukturu var. Audiovizual auditoriyalar var. Bunlar onlayn təhsil üçün fürsət yaradır”.
Əfsanə Kamal
Demokrat.az