Bakı. Trend:
Xəyyam Mirzəzadənin oğlu Prezident İlham Əliyevə təşəkküredib.
Trend Prezidentin rəsmiinternet saytına (president.az) istinadən xəbər verir ki, təşəkkürməktubunda deyilir:
"Möhtərəm cənab Prezident!
Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adınınəbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adınınverilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.
Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik.Vaxtilə, atamı "Şərəf" ordeni və "Azərbaycan RespublikasıPrezidentinin fəxri diplomu" ilə təltif etmisiniz. XəyyamMirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcəminnətdarıq.
Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət vəməhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəmcansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzuedirəm".