İsrail ordusu dünəndən başlayaraq, Suriyaya məxsus ən hündür dağı - Hermon dağını, iki ölkə arasındakı bufer zonanı və yaxın ətrafdakı hərbi bazaları işğal etməklə yetinməyib, bütün ölkəboyu Suriyaya məxsus 300-dən çox strateji hərbi obyektləri məhv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu hava hücumuna paralel olaraq qurudan artıq Suriyanın paytaxtına doğru irəliləməyə başlayıb.
İsrail mediası yazır ki, ordu birlikləri artıq paytaxt Dəməşqin 20 km-nə çatıb.
Maraqlı burasıdır ki, iqtidarı ələ keçirən HTŞ qüvvələri bu hücumu sanki "görmür": "Onlar hücuma çox sakit və qəribə sükutla yanaşır. İsrail ordusu isə paytaxtla yanaşı, YPG-nin mövcud olduğu Rakkaya, bir qədər də dəqiqləşdirsək, İranla quru sərhədinə doğru yön alıb...".
İsrailin hava və qurUdan hücumuna rəsmi Ankaradan az əvvəl ilk rəsmi etiraz veriliib.
Türkiyə XİN İsrailin Suriyada işğalçılıq irəliləyişini davam etdirməsinin və paytaxt Dəməşqə yaxınlaşmasını qəbuledilməz olduğunu bəyan edib: "İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir, sərhəd bölgələri ələ keçirməsini və iş ərazilərə doğru irəliləməsini şiddətlə qınayırıq. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və İsraildən 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsinə əməl etməyi tələb edir".
XİN-dən əlavə olunub ki, Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq fürsəti yaranıb: "Bu həssas dövrdə İsrail işğalçı zehniyyətindən əl çəkməlidir...".
Tahir Şəlvəli
MİA.AZ