AZ

Tehranda hava çirkliliyi səbəbindən məktəblər bağlandı

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün təhsil səviyyələrində məktəblər, müəssisə və təşkilatlar bağlanıb.
Sitat.info İRNA-ya istinadən xəbər verir ki, Tehran Bələdiyyəsi paytaxtda davam edən və bütün qruplar üçün təhlükəli həddə çatan hava çirkliliyi ilə bağlı açıqlama verib.

Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd şəhərləri istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta və lisey məktəb və universitetləri, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanıb.

Bayram günlərində banklar, sağlamlıq və xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.

Seymur,

Sitat.info

Seçilən
22
12
sitat.info

10Mənbələr