AZ

“Survivor” iştirakçısı olmuş Okay Köksalın qızı 8-ci mərtəbədən yıxılıb

5 il əvvəl “Survivor” yarışmasına qatılmış Okay Köksalın 14 yaşlı Azra səkkizinci mərtəbədən yıxılıb.Missiya.Az xəbər verir ki, bu barədə idmançı və aparıcı Hakan Hatipoğlu öz sosial media hesabında paylaşım edib."Qızı Azraya olan sevgisi ilə “Survivor”da iştirak etdiyi il hamımızın yaddaşın həkk olunan Okay qardaşımızın qızı bir qəza nəticəsində 8-ci mərtəbədən düşüb və reanimasiyadadır. Onunla danışdım, dua istəyir. "Əlimizdən gələn tək şey budur qardaş!" dediyində boğazım sanki düyünləndi. Bunu oxuyan hər kəsdən bu gözəl qız üçün bir dua istəyirəm. Köksal ailəsinin Allah köməyi olsun. İnşallah bu hadisə sağ-salamat keçər. Allah köməyin olsun qardaşım”, - Hakan vurğulayıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr