AZ

"Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması" layihəsi yekunlaşıb - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azerbaijan) təşkilatçılığı ilə keçirilən "Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması" layihəsi yekunlaşıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilən rayonların orta məktəblərində maliyyə savadlılığı və sahibkarlıq bacarıqları mövzuları üzrə təlim-tədrisin həyata keçirilməsi vasitəsilə şagirdlərin maliyyə savadlılığını və sahibkarlıq bacarıqlarını artırıb həmin regionlara gələcəkdə yerli əhali tərəfindən iqtisadi töhfə verməyə təşviq etməkdir. Layihə çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Laçın rayonu Zabux kənd tam orta məktəbin ümumilikdə 25 müəllimi və 100 şagirdi maliyyə savadlılığı və sahibkarlıq mövzuları üzrə təlim almışdırlar. Layihənin dayanıqlılığının təmin edilməsi məqsədilə müəllimlər “TOT – təlimçilərin təlimi”-ndə müəllimlər iştirak etmişdirlər. Sonda bütün şagird və müəllimlərə sertifikat verilmişdir.

Layihə çərçivəsində şagirdlər büdcənin düzgün idarə edilməsi, xərclərin planlaşdırılması, düzgün maliyyə qərarlarının qəbul edilməsi, yığım, büdcə, qənaət, kreditin düzgün istifadə edilməsi, sahibkarlığın əsasları və biznes ideyaların yaradılması kimi nəzəri məlumatları əldə edərək, həmin bilik və bacarıqları praktiki hissədə tətbiq etmişdirlər. Nəticədə məktəblilər şəxsi maliyyə resurslarını idarə etmək, eyni zamanda, bir sahibkar kimi düşünə bilmək bacarıqlarını əldə etmişdirlər. Hər bir məktəbə maliyyə savadlılığı və sahibkarlıq üzrə Ümumdünya Junior Achievement təşkilatının təlim vəsaitləri hədiyyə edilmişdir. Şagirdlərimiz həm əyləndilər, həm yeni əlaqələr qurdular eyni zamanda olduqca zəngin biliklərdən ibarət təlim modullarını uğurla tamamladılar.

Qeyd edək ki, maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə təlimlər Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının peşəkar təlimçiləri tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri üçün “TOT – təlimçilərin təlimi” formatında təlimi 6 noyabr, Laçın rayonu Zabux kənd tam orta məktəbin müəllimləri üçün isə 7 noyabr tarixlərində keçirilmişdir. Şagirdlər üçün isə təlimlər 25-26 noyabr tarixlərində Laçın rayonu Zabux kənd tam orta məktəbində, 27-28 noyabr tarixlərində Laçın şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.

 

Seçilən
17
3
qht.az

4Mənbələr