AZ

Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb

Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları dekabrın 14-də prezident seçkilərini pozmağı və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi planlaşdırırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

"Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq", - bəyanatda vurğulanıb.

Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var.

“Cinayət əməllərinin təşkilatçıları insanları qurban verməklə etiraz yükünü gücləndirməyə və radikal əhvali-ruhiyyəni təşviq etməyə çalışacaqlar”, - məlumatda bildirilib.

Seçilən
13
3
bakivaxti.az

4Mənbələr