AZ

“Nəcibə Məlikova istəyirdi ki, “Əhməd haradadır?” filmində Ceyranı mən oynayım” –“Ögey ana”nın Cəmiləsi

“Ögey ana” filmində çəkilən uşaqlardan əksəriyyəti dünyasını dəyişib. Səməd rolunu oynayan Fərhad Bakıxanov səhv etmirəmsə Azərbaycan Dövlət Televiziyasında işləyirdi. Bu yaxınlarda dünyasını dəyişdi. Uşaqlardan biri də aktrisa Məhluqə Sadıqovanın oğlu idi. O filmdə İsmayılın dostlarından biri olan Dadaşı oynayırdı. Həmin uşaq məncə sağdır. Kütləvi səhnələrdə çəkilən qızlardan bir neçəsini də tanıyıram. Orada Səmayə adından bir qız var idi. O, rejissor Emin Mirabdullayevin anasıdır. Uşaqlardan biri də xalamın qızı idi. Almaz, Səidə adında qızlar da var idi. Sözün düzü, üstündən illər keçib, çoxu yadımda qalmayıb”.

Bunu Medianews.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi, aktrisa Sevinc Axundova deyib.

“Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO 2" src="https://cdn.medianews.az/2024/12/fotoram.io-32-372x255.jpg" sizes="(max-width: 1596px) 100vw, 1596px" srcset="//cdn.medianews.az/2024/12/fotoram.io-32-372x255.jpg 372w, //cdn.medianews.az/2024/12/fotoram.io-32-1024x702.jpg 1024w, //cdn.medianews.az/2024/12/fotoram.io-32-125x86.jpg 125w, //cdn.medianews.az/2024/12/fotoram.io-32-768x527.jpg 768w, //cdn.medianews.az/2024/12/fotoram.io-32-1536x1053.jpg 1536w, //cdn.medianews.az/2024/12/fotoram.io-32-2048x1404.jpg 2048w" alt="“Nəcibə Məlikova istəyirdi ki, “Əhməd haradadır?” filmində Ceyranı mən oynayım” - “Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO" width="1596" height="1094" data-pin-no-hover="true" />

O, sözügedən filmdə çəkilməklə indiki pulla üç min manata yaxın qonorar aldığını söyləyib: “Filmdən indiki pulla üç min manata yaxın qonorar almışdım. Heç bilmirəm ki, digər uşaqlar nə qədər alıb. O vaxtı biz pulu düşünmürdük. Anam həkim idi, o da bizim çəkiliş qrupunda olurdu. Çoxu elə bilir ki, bu filmdən sonra mənə dəvətlər gəlməyib. Əslində isə bu, belə deyil. Xalq artisti Nəcibə Məlikova ilə ailəvi dostluq edirdik, anamla münasibəti yaxşı idi. O hey çalışırdı ki, məni bu sənətə çəksin. Hətta “Əhməd haradadır?” filmində çox istədi ki, onun qızı Ceyranı mən oynayım. Gürcü qızı Nona Paçuaşvili Bakıya gələndə mən bu sözü ona dedim. Mənim hələ 15 yaşım var idi, rol isə 19 yaşındakı qız idi. Nəcibə xanımın təkidi ilə kinostudiyaya getdim, Adil İsgəndərov məni qarşıladı. Ona da bildirdim ki, mən filmdə çəkilmək istəmirəm, halbuki Nəcibə xanım məni tapşırmışdı (gülür). “Arşın mal alan”, “Bir cənub şəhərində” filmlərinə də dəvət almışdım. Hətta Xalq artisti Eldar Quliyev “Bir cənub şəhərində” filminə məni dəvət edəndə kinostudiyaya getdim. Gördüm ki, hamısı oğlanlardır. Bir az sıxıldım. Dedim ki, dəvətiniz üçün təşəkkür edirəm, amma mən universitetə hazırlaşıram, çəkilə bilmərəm. Sonra həmin jurnalist qız roluna öz qohumu Natellanı çəkdi. Xalq artisti Tofiq Tağızadə də atamla dost idi. Neçə dəfə təklif etmişdi ki, onu bu sənətə qaytaraq, aktrisa olsun. Valideynlərim mənə heç bir qadağa qoymamışdılar, sadəcə özüm istəmirdim. Konservatoriyaya daxil olmaq istəyirdim. Musiqiyə o vaxt diqqət daha çox idi. Kino mənim ürəyimdədir, musiqi də kinonun ayrılmaz hissəsidir”.

“Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO 3" src="https://cdn.medianews.az/2024/12/fotoram.io-28-372x255.jpg" sizes="(max-width: 1573px) 100vw, 1573px" srcset="//cdn.medianews.az/2024/12/fotoram.io-28-372x255.jpg 372w, //cdn.medianews.az/2024/12/fotoram.io-28-1024x702.jpg 1024w, //cdn.medianews.az/2024/12/fotoram.io-28-125x86.jpg 125w, //cdn.medianews.az/2024/12/fotoram.io-28-768x527.jpg 768w, //cdn.medianews.az/2024/12/fotoram.io-28-1536x1053.jpg 1536w, //cdn.medianews.az/2024/12/fotoram.io-28-2048x1404.jpg 2048w" alt="“Nəcibə Məlikova istəyirdi ki, “Əhməd haradadır?” filmində Ceyranı mən oynayım” - “Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO" width="1573" height="1078" data-pin-no-hover="true" />

Sevinc Axundova bildirib ki, həyat yoldaşı dünyasını dəyişəndən sonra iki qız övladını təkbaşına böyüdüb: “Bizim çox gözəl ailəmiz var idi. Gözəl də yaşayırdıq. Hər il xarici ölkəyə gedirdik, dünyanı gəzirdik. Qızlarımızı da çox sevirdi. 1998-ci ildə dünyasını dəyişdi. Əlbəttə ki, ondan sonra mənə çətin oldu. İki nəfər olanda ailənin yükü bölüşdürülür. Tək olanda yük mənim üstümə düşdü. Allah mənə güc verdi. Qızlarım oxudular, təhsil aldılar. Amma çalışdım ki, onlara heç nəyi hiss etdirməyim. Təkcə atalarının yoxluğunu hər zaman hiss etdilər, başqa qayğıları yox. Bu gün də onu xatırlayırıq, yadımıza salırıq. Çünki yaxşı ata, yaxşı həyat yoldaşı olub”.

“Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO 4" src="https://cdn.medianews.az/2024/12/10-375x232.jpg" sizes="(max-width: 1523px) 100vw, 1523px" srcset="//cdn.medianews.az/2024/12/10-375x232.jpg 375w, //cdn.medianews.az/2024/12/10-1024x634.jpg 1024w, //cdn.medianews.az/2024/12/10-125x77.jpg 125w, //cdn.medianews.az/2024/12/10-768x476.jpg 768w, //cdn.medianews.az/2024/12/10-1536x951.jpg 1536w, //cdn.medianews.az/2024/12/10.jpg 1600w" alt="“Nəcibə Məlikova istəyirdi ki, “Əhməd haradadır?” filmində Ceyranı mən oynayım” - “Ögey ana”nın Cəmiləsindən AÇIQLAMA + FOTO" width="1523" height="942" data-pin-no-hover="true" />

Sevinc Axundova deyir ki, hər dəfə “Ögey ana” filmi ekranlarda göstəriləndə kövrəlir: “Çox kövrəlirəm. Öncə ona görə ki, uşaqlıq illəri qayğısız olur. Analı-atalı, babalı-nənəli olur. Məktəb illərini, uşaqlıq illərini heç nə əvəz edə bilməz. Fərəhlənirəm ki, “Ögey ana” filmi xatirələrdə qalıb. Bu gün taksidə gedəndə də məni tanıyırlar. Səsimdən də, simamdan da. Hətta deyirlər ki, olar şəkilinizi çəkib evdəkilərə göstərək? Hətta bir taksi sürücüsü kövrəldi, ağladı. Onunla bir az söhbət edəndən sonra aydın oldu ki, o da ögey ana ilə böyüyüb. Bu film hər kəsin xatirəsində bir iz qoyub. Rəhmətlik Gülşən Qurbanova da mənə deyirdi ki, filmin sonunda televizoru söndürürəm, dözə bilmirəm. Çox ağır kinodur. Təbii kinodur, təbii də oynayırlar. “Qızıl fond”-a düşüb”.

phrase_var_article.chosen
24
1
musavat.com

2phrase_var_article.sources