Bakı, 10 dekabr, AZƏRTAC
AFFA “Şamaxı” klubundan ayrılan futbolçular Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib.
Milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məsələ qurumun diqqət mərkəzindədir.
“İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək”, - AFFA-dan bildirilib.
Qeyd edək ki, “Şamaxı” iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.